Ermənistan prezidenti Vaaqn Xaçaturyan Sünik rayonunda Azərbaycanı Naxçıvan Muxtar Vilayəti ilə birləşdirən dəhlizin açılmasını təklif edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
O vurğulayıb ki, İrəvan Sünik üçün qapıları aça bilsəydi, gələcəyin “bizə böyük inkişaf imkanları verəcəyinə” inam yaranardı.
Xaçaturyan əlavə edib ki, Ermənistan hökumətinin “sülh kəsişməsi” yaratmaq təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən çox müsbət qarşılanıb.