Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu “Çelsi”nin müdafiəçisi Mark Kukurellaya maraq göstərir.
Sportinfo.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
“Əl-Nəsr” artıq londonlulara rəsmi transfer təklifi hazırlayır. Təklifin dəqiq detalları açıqlanmasa da, mənbə bunun “çətinliklə rədd edilə biləcək” qədər cəlbedici olduğunu bildirir.
Hazırda Kukurella Premyer Liqada qalmaq niyyətində olsa da, ərəblər ona komandanın əsas fiqurlarından biri olmağı vəd edirlər.
Bununla belə, “Çelsi”nin baş məşqçisi Enzo Mareska ispaniyalı müdafiəçini öz komandasının əsas sütunlarından biri kimi görür və onun ayrılmasını istəmir.
“Əl-Nəsr” həmçinin, “Çelsi” ilə Joao Feliksin transferi ilə bağlı da danışıqlar aparır.