AZ

“Taxt oyunları”nın ulduzu dünya rekordunu yenilədi

Axsham.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Taxt oyunları" (“Game of Thrones”) serialında Qriqor Kliqan obrazını canlandıran məşhur aktyor Haftor Byornson Almaniyada keçirilən yarışda dünya rekordunu yeniləyib.

Axşam.az xəbər verir ki, idmançı 505 kiloqram çəkini qaldıraraq, özünün 2020-ci ildə qeydə alınmış 501 kiloqramlıq əvvəlki rekordunu geridə qoyub.

Onun bu uğuru rəsmi yarışda baş verdiyi üçün dünya rekordu kimi tanınıb. Aktyorun 2020-ci ildəki rekordu məşq zalında qeydə alındığı üçün müəyyən müzakirələrə səbəb olmuşdu.

Xatırladaq ki, bu vaxta qədər rəsmi yarışda rekord britaniyalı idmançı Eddi Holla məxsus idi. O, 2016-cı ildə 500 kiloqramlıq çəkini qaldırsa da, nəticədə huşunu itirmiş, beyninə qan sızmış və müvəqqəti görmə itkisi yaşamışdı.

Byornson və Holl arasındakı rəqabət 2022-ci ildə keçirilən boks döyüşü ilə nəticələnmişdi. Həmin döyüşdə aktyor xal hesabı ilə qələbə qazanmışdı.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
2
axsam.az

3Mənbələr