“Lion”un xorvatiyalı müdafiəçisi Çaaleta-Kar növbəti mövsümü İspaniyanın “Real Sosyedad” klubunda keçirəcək.
90deqiqe.Az-ın "L’Equipe"yə istinadən verdiyi məlumata görə, La Liqa təmsilçisi 28 yaşlı mərkəz müdafiəçisini satınalma imkanı ilə icarəyə götürüb. Həmin bənd 4 milyon avro dəyərində olacaq. Bu transfer sayəsində Fransa klubu maaş büdcəsində boşluq yaradaraq transfer bazarında fəaliyyətini davam etdirməyi planlaşdırır.
Geridə qalan mövsümdə Çaleta-Car klub səviyyəsində 28 oyun keçirib, 9 sarı vərəqə alıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
O, karyerası ərzində “Lion”dan başqa, yetişdiyi “Şibenik” klubu ilə yanaşı “Marsel”, “Sauthempton” və digər komandaların formasını geyinib.