Ajans.az Haber Global-a istinadən xəbər verir ki, Ficidə zəlzələ olub. ABŞ Geoloji Xidmətinin məlumatına görə, bu gün 17:46 Fici adalarından cənubda 5,8 bal gücündə zəlzələdən sonra, saat 17:53 radələrində 6,6 bal gücündə bir zəlzələ daha baş verib. Məlumata görə, yeraltı təkanların ocağı 575 kilometr dərinlikdə, 23,34 dərəcə cənub eni və 178,88 dərəcə şərq uzunluğu koordinatlarında yerləşib. Sunami xəbərdarlığı verilməyib və indiyə qədər heç bir ölüm və ya struktur dağıntısı barədə məlumat verilməyib. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.