AZ

Starmer Mahmud Abbası Londona dəvət etdi

BAKI, 30 iyul. TELEQRAF

Fələstin Administrasiyasının rəhbəri Mahmud Abbas və Böyük Britaniyanın Baş naziri Kir Starmer arasında telefon danışığı olub.

Teleqraf xəbər verir ki, bu barədə Fələstin Administrasiyasının “Wafa” agentliyi məlumat yayıb.

Telefon danışığı zamanı Starmer Abbasa İsrailin Qəzzada atəşkəsə razılaşmayacağı təqdirdə Böyük Britaniyanın Fələstin dövlətini tanımaq qərarı barədə məlumat verib. O, həmçinin administrasiya rəhbərini Londona danışıqlara dəvət edib.

Mahmud Abbas bu addımına görə Starmerə təşəkkür edib və Böyük Britaniyaya "Fələstin dövlətini dərhal rəsmi olaraq tanımağa" çağırıb.

Seçilən
3
1
teleqraf.com

2Mənbələr