AZ

Ayxan Hacızadə İranın Azərbaycandakı səfiri ilə görüşdü

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu ilə görüşüb.

 

Sfera.az xəbər verir ki, bu barədə məlumat İran Xarici İşlər Nazirliyinin saytında yer alıb.

 

Görüşdə ölkələr arasında media sahəsində əməkdaşlığın inkişafı istiqamətləri müzakirə olunub.

 

Ayxan Hacızadə iki ölkənin Xarici İşlər Nazirliklərinin sözçüləri arasında qarşılıqlı əlaqələrin artırılmasına müsbət yanaşdığını bildirərək, Azərbaycanın İranla dostluq əlaqələrinin inkişafında maraqlı olduğunu vurğulayıb.

 

Həmçinin görüş zamanı media nümayəndə heyətlərinin mübadiləsi və iki ölkənin xəbər agentlikləri arasında əməkdaşlığın gücləndirilməsi məsələləri diqqət mərkəzində olub.

Seçilən
37
21
sfera.az

10Mənbələr