Burkina-Fasonun şimalında ordu bazasına hücum zamanı silahlı yaraqlılar 50-yə yaxın əsgəri öldürüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə yerli ictimaiyyətin nümayəndələrinə istinadən Associated Press (AP) məlumat yayıb.
Hücum, mövcud məlumata görə, “Əl-Qaidə” terror təşkilatı ilə əlaqəsi olan “Camaat Nüsrət əl-İslam vəl-Müslimin” qruplaşmasının 100-ə yaxın silahlısı tərəfindən həyata keçirilib. AP mənbələrinin məlumatına görə, terrorçular ordu bazasını talan edərək yandırıblar.