"Qarabağ" 2025/2026 mövsümündən azarkeşləri qarşısına Kəhər adlı maskotla çıxacaq.
Axar.az xəbər verir ki, 12 nömrəli maskot ilk dəfə iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda İrlandiya "Şelburn"una qarşı UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündə peyda olacaq.
Qarabağ atlarına məxsus cəsarəti, igidliyi, sədaqəti simvolizə edən "12 nömrə" azarkeşlərə və komandaya ruh, motivasiya verəcək, hər zaman kollektivin yanında olacaq.
Qeyd edək ki, "Qarabağ" - "Şelburn" oyunu saat 20:00-da başlanacaq. İlk matçda təmsilçimiz böyük hesabla qalib gəlib - 3:0.