AZ

22 yaşlı qapıçı "Mançester Siti"də

"Mançester Siti" qapıçı transferini yekunlaşdırıb.

İdman.biz xəbər verir ki, klub Ceyms Traffordun keçidini açıqlayıb.

22 yaşlı qolkiper "Bernli"dən transfer olunub. Traffordla 2030-cu ilin yayınadək müqavilə imzalanıb. Bu keçidin dəyəri 27 milyon funtdur (30,7 avro).

Qeyd edək ki, Ceyms ötən mövsümdə Çempionşipdə 45 matçda forma geyinib. O, bu oyunlardan 29-da qapısını toxunulmaz saxlayıb.

İdman.biz

Seçilən
18
2
idman.biz

3Mənbələr