AZ

“Putin əsl ağrını hiss edəcək...”

...Artıq məlum olduğu kimi, ABŞ prezidenti Donald Tramp Ukrayna ilə sülh razılaşması əldə etmək üçün Rusiyaya verdiyi 50 günlük möhləti azaldıb və indi Kremlin müharibəni dayandırmaq üçün cəmi 10-12 günü var – əks halda onu güclü iqtisadi sanksiyalar gözləyir.

“New York Post”un yazdığı kimi, Amerika lideri Rusiya lideri Vladimir Putinə “öldürmək üçün daha az vaxt” verib. Və bu düzgün qərardır.

SİA xatırladır ki, bazar ertəsi jurnalistlərə Tramp Kremlin heç bir xoşməramlılıq nümayiş etdirmədiyini vurğulayaraq, “…gözləməyə heç bir səbəb yoxdur... Mən Rusiya mallarını alan ölkələrə 100 faiz rüsum tətbiq etməyə hazıram”,-deyib.

Bu kəskin qərar ABŞ-ın ekspert və siyasi dairələrində geniş dəstək alıb.

Müşahidəçilər hesab edirlər ki, ilkin olaraq sentyabrın 2-nə təyin olunmuş müddət Putinə döyüşü davam etdirmək üçün daha çox vaxt verib. Amerikalı müşahidəçilər öz nəşrlərində yazıblar ki, “Putinin məqsədi heç vaxt sülh olmayıb, o, Ukraynanıhəmişə tamamilə məhv etmək olub”.

Moskvanın əvvəlki ultimatuma reaksiyası yalnız Kremlin aqressiv niyyətini təsdiqlədi.

Trampın tələblərindən bir neçə saat sonra Rusiya Ukraynadakı mülki hədəflərə zərbələr endirib.

Rusiyanın yüksək vəzifəli məmurları Trampın təhdidlərini “teatr ultimatumu” adlandırsalar da, ekspertlər bu dəfə iqtisadi rıçaqların əslində ağrılı ola biləcəyinə inanırlar.

…Kreml narahat olmalıdır. Rusiya iqtisadiyyatı sarsıntılı qalaqlar üzərində bir evdir. Putin müharibəyə büdcənin ən azı 40 faizini yatırıb, vətəndaşlar isə çətinliklə sağ qalır.

Bunu Amerika nəşri yazır.

Rusiyanın ən böyük ticarət tərəfdaşları olan Çin və Hindistanın mümkün reaksiyası da narahatlıq doğurur.

İkinci dərəcəli sanksiyalar və 100 faiz tariflər təhlükəsi onları alternativ bazarlar axtarmağa sövq edə bilər.

Rusiyaya təzyiq etmək ideyasının dəstəklənməsini senator Lindi Qremin Rusiya neftinin idxalçılarına 500 faiz rüsum nəzərdə tutan qanunvericilik təşəbbüsü də nümayiş etdirir. …Trampın rus diktatoruna əsl ağrı hiss etdirməkdən başqa çarəsi yoxdur. İndi bunu etmək vaxtıdır.

Bunu da nəşr iddia edir..?

Əli Babayev

Seçilən
3
1
sia.az

2Mənbələr