ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə danışmaqda maraqlı olmadığını bildirib.
Milli.Az xəbər verir ki, o, Putini insan öldürməkdə ittiham edərək deyib: "Rusiya çox zəngin ola bilər, amma bütün vəsaitini müharibəyə xərcləyir. Mən bu müharibənin bitəcəyini düşünürdüm, amma hər dəfə bu fikrə gələndə, o adam (Putin) yenidən öldürür".
Qeyd edək ki, Tramp daha əvvəl Putinlə yaxşı münasibət qurduğunu açıqlamışdı.
Asya
Milli.Az