AZ

“Cenoa”nın sabiq futbolçusu “Sumqayıt”da

2025/26 mövsümü üçün heyət çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

Futbolpress.az xəbər verir ki, “kimyaçılar” ötən mövsümü Serbiyanın “Tekstilaç” klubunda keçirmiş Nikola Ninkoviç ilə 1+1 illik müqavilə imzalayıb. 30 yaşlı hücumameyilli yarımmüdafiəçi “Sumqayıt” FK-da “10” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Nikola Ninkoviç karyerası ərzində “Partizan” (Serbiya), “Kyevo”, “Empoli”, “Cenoa”, “Askoli”, “Breşiya” (hamısı İtaliya) kimi klublarda çıxış edib. O, Serbiya millisinin heyətində keçirdiyi 4 oyunda 1 qol ilə yadda qalıb.

Seçilən
22
8
futbolpress.az

10Mənbələr