MİNGƏÇEVİR, 30 iyul. TELEQRAF
Mingəçevirdə yıxılaraq Kür çayına düşən 57 yaşlı kişi dünyasını dəyişib.
Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə Kür çayının Mingəçevir şəhərinin mərkəzindən keçən hissəsində baş verib.
Sahil parkı zolağında dolaşan 1969-cu il təvəllüdlü Yusifov Fikrət Hacıbala oğlu qəfildən Kür çayına yıxılıb.
FHN-nin xilasetmə qrupu batmaq üzrə olan şəxsi sahilə çıxararaq həkim briqadasına təhvil verib.
Xəstəxanaya çatdırılan şəxsin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı arsşdırma başlanıb.