Füzuli Rayon Mərkəzi Xəstəxanasının əməkdaşının döyülməsinin bəzi təfərrüatı məlum olub.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıxanlı kəndində "Şıxəli" adlanan bulaqdan su doldurarkən baş verib.
Rayon sakini Ceyhun Mehdiyev ailəsi ilə birlikdə su doldurarkən orada olan rayon sakinləri ilə aralarında mübahisə yaranıb.
Mübahisə zamanı tərəflər əlbəyaxa dava edib. Baş vermiş dava zamanı Ceyhun Mehdiyev, 1962-ci il təvəllüdlü Alıyev Kazım Əkbər oğlu və onun qardaşları- 1979-cu il təvəllüdlü Alıyev Yalçın Əkbər oğlu, 1966-cı il təvəllüdlü Alıyev Ələsgər Əkbər oğlu müxtəlif dərəcəli xəsarət alaraq Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Dava zamanı xəsarət alan C.Mehdiyev mərkəzi xəstəxanada baş tibb qardaşı vəzifəsində çalışır.
Faktla bağlı Füzuli Rayon Polis Şöbəsində müvafiq araşdırmalar başlanıb.
xxx
23:21 - 29.07.25