AZ

Bu ölkə İsrailə nota verdi

Niderlandın xarici işlər naziri Kaspar Veldkamp İsrail səfirinə nota verib.

"Unikal" xəbər verir ki, Veldkamp İsrail hakimiyyətini kursunu dəyişməyə və Qəzza zolağında fəlakətli humanitar vəziyyətə son qoymağa çağırdığını bildirib.

O, İsrail səfirinə vəziyyətin Niderland üçün nə qədər ciddi olduğunu bir daha açıqladığını və Qəzza zolağında humanitar vəziyyəti yüngülləşdirmək üçün yəhudi dövlətinin kursunu dəyişməli olduğunu vurğulayıb.

Veldkamp əlavə edib ki, o, İsrail diplomatına müharibənin həqiqətən dayandırılmalı və fəlakətli humanitar vəziyyətə son qoyulmalı olduğunu çatdırıb.

Seçilən
15
1
unikal.az

2Mənbələr