AZ

5 aylıq baş məşqçi qovuldu

Portuqaliyanın "Braqa” klubu baş məşqçisi Rikardo Sa Pintuyla yollarını ayırıb.
Unikal.org xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Sa Pintuyla müqaviləyə xitam verilib.

47 yaşlı mütəxəssis 2019-cu ilin avqustunda "Braqa” ilə 2 illik müqavilə imzalamışdı.
Avropa Liqasında pley-off mərhələsinə yüksələn "Braqa”, Portuqaliya çempionatında 14 turdan sonra 10-cu sıradadır.

www.anews.az
Seçilən
9
anews.az

1Mənbələr