Beynəlxalq Valyuta Fondu (BVF) Rusiya iqtisadiyyatının artım tempi ilə bağlı proqnozunu 1,5%-dən 0,9%-ə endirib.
“Report” xəbər verir ki, bu barədə BVF-nin qlobal iqtisadi inkişaf perspektivlərinə dair hesabatının iyul ayı yeniləməsində deyilir.
Bu arada, inkişaf etməkdə olan ölkələr üçün proqnoz 2025-ci il üçün 4,1%, 2026-cı il üçün isə 4% təşkil edir.
Çinin ÜDM-nin 2025-ci ildə 4,8% artacağı gözlənilir. Proqnoza ABŞ və Çin arasında ticarət tariflərinin azaldılması səbəbindən yenidən baxılıb.