AZ

Astarada 55 yaşlı qadın aldığı xəsarətdən həyatını itirdi

Astara rayonunun Kakalos kəndində qadın kəsici alətlə xəsarəti alaraq ölüb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, kənd sakini, 55 yaşlı Xalidə Paşa qızı Manafova böyründən kəsilmiş-deşilmiş xəsarətlə Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
 

Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Qadının cənazəsi müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Lənkəran filialına təhvil verilib.


Faktla bağlı araşdırma aparılır, hadisənin təfərrüatları dəqiqləşdirilir.

Sabutay, Bizim.Media, Cənub bürosu.

Seçilən
23
bizim.media

1Mənbələr