"Tesla"nın təsisçisi Martin Eberhard şirkətin rəhbəri İlon Maskı ucuz elektromobil buraxmaqdan imtina etdiyinə görə tənqid edib və Cybertruck pikapını "zibil qutusu"na bənzədib.
Paralel.az xəbər verir ki, Eberhard YouTube bloqeri Kim Java-ya verdiyi müsahibədə bildirib ki, Tesla onun razılaşmadığı yolu seçib. Onun fikrincə şirkət məhz əlçatan elektromobillərlə uğur qazanmalı idi. "Ucuz avtomobil layihəsinin ləğvi məni məyus etdi. Dünyanın bu maşınlara ehtiyacı var," - deyə o, bildirib.
Eberhard Tesla-nın belə bir model əvəzinə "zibil qutusunu xatırladan" Cybertruck buraxdığını deyib və bu pikapın dizaynına görə tənqid edib.
O, əlavə edib ki, 25 min dollar (təxminən 2 milyon rubl) dəyərində elektromobil hazırlamaq əvəzinə, şirkət hazırda Model Y və Model 3-ün sadələşdirilmiş versiyalarını təqdim edir. Apreldə də Eberhard Tesla-nın ucuz elektromobil olmadan Çin şirkətləri ilə rəqabət apara bilməyəcəyini demişdi.