AZ

Rusiya Ukrayna ordusunun təlim bölməsinə zərbə endirdi - Ölən və yaralananlar var

BAKI, 30 iyul. TELEQRAF

Rusiya Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının təlim bölmələrindən birinin ərazisinə raket zərbəsi endirib.

Teleqraf xəbər verir ki, bu barədə Quru Qoşunlarının bəyanatında deyilir.

"Görülən təhlükəsizlik tədbirlərinə baxmayaraq, təəssüf ki, şəxsi heyət arasında itkilərin qarşısını tam almaq mümkün olmayıb. 3 hərbçinin öldüyü və 18 hərbçinin yaralandığı bildirilir. Hadisə yerində müvafiq təcili yardım xidmətləri işləyir. Yaralılara bütün zəruri tibbi yardım operativ şəkildə göstərilir", - bəyanatda deyilir.

Faktla bağlı xüsusi komissiya yaradılıb. Xidməti araşdırma təyin edilib.

"Əgər hərbçilərin ölümünə və yaralanmasına vəzifəli şəxslərin hərəkətlərinin və ya hərəkətsizliyinin səbəb olduğu müəyyən edilərsə, təqsirkarlar məsuliyyətə cəlb olunacaqlar", - bəyanatda qeyd olunur.

Seçilən
11
1
teleqraf.com

2Mənbələr