AZ

Sahil Həmidova yüksək vəzifə verildi

Azərbaycan Texnologiya Universitetinə yeni prorektor təyin olunub.

Milli.Az xəbər verir ki, bu barədə Elm və Təhsil Naziri Emin Əmrullayevin müvafiq əmri imzalanıb.

Əmrə əsasən, Sahil Zahid oğlu Həmidov universitetin elm və innovasiya məsələləri üzrə prorektoru təyin edilib.

1981-ci il avqustun 18-də anadan olan Sahil Həmidov 2002-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tətbiqi kimya ixtisası üzrə bakalavriat pilləsini, 2004-cü ildə isə Analitik kimya ixtisası üzrə magistratura pilləsini bitirib. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən "Analitik kimya" ixtisası üzrə kimya elmləri namizədi elmi dərəcəsinə layiq görülüb.

2003-2018 və 2023-2024-cü illərdə BDU-da müxtəlif vəzifələrdə (laborant, baş laborant, müəllim, dosent) çalışıb. 2019-2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında böyük məsləhətçi, 2020-2022-ci ildə sektor müdiri vəzifəsində işləyib.

2024-cü il sentyabrın 9-dan ATU-da elm və innovasiya üzrə müşavir vəzifəsində çalışıb, elm və innovasiya üzrə prorektor səlahiyyətlərini icra edib.

Respublika və xarici ölkələrin elmi mətbuatlarında dərc olunmuş 100-ə yaxın elmi əsərin və 3 kitabın müəllifidir. 40-dan çox beynəlxalq elmi konfranslarda məruzələrinin tezisləri çap olunub. ED 2.16 Dissertasiya Şurasının üzvüdür. (oxu.az)

Milli.Az

Seçilən
46
8
milli.az

10Mənbələr