ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Növbəti 5 il ərzində Abşeron dairəvi dəmir yolu üzrə açılacaq yeni xətlərin adları məlum olub.
“Qafqazinfo” xəbər verir ki, bu haqda ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov “ASAN radio”da məlumat verib.
“Növbəti 5 il ərzində Bakıxanov-Binə-Qala, Zabrat-Maştağa-Bağlar və Yeni Suraxanı-Hövsan xətlərinin bərpası, həmçinin, həmin marşrut üzrə yerləşən dayanacaqların istifadəyə verilməsi nəzərdə tutulur” , - qurum rəsmisi bildirib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.