AZ

80-ci illərdə məşhur olan aksesuar yenidən Qərbdə dəbdədir...

1980-ci illərdə məşhur olan aksessuar 2025-ci ilin yayında yenidən dəbə daxil olub.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “Vogue” jurnalının italyan versiyasının saytında məlumat verilib.

Söhbət 80-ci illərdə dərin estetik transformasiyaya uğramağa başlayan xaçlı boyunbağı və zəncirlərdən gedir.

Beləliklə, o, dini məqsədlərlə yanaşı, dekorativ məqsədlər üçün də istifadə olunmağa başlayıb.

Məsələn, 1984-cü ildə MTV Video Musiqi Mükafatları mərasimində müğənni Madonna gəlinlik və sözügedən zinət əşyaları ilə göründü.

Qeyd olunur ki, bu mövsüm xaçlı boyunbağılar yenidən trendləri izləyənlər üçün zəruri atribut olub.

Oxşar məhsullar Dolce & Gabbana, Swarovski və Damiani brendləri tərəfindən də təqdim olunur.

İyulun əvvəlində 1990-cı illərdə dəbdə olan paltarların 2025-ci ilin yayında yenidən trendə çevriləcəyi də bildirilirdi.

Nazlı Almuradova

Seçilən
4
1
sia.az

2Mənbələr