AZ

Almaniyada helikopter qəzası - Ölənlər var

Almaniyanın Qrimma şəhəri yaxınlığında hərbi helikopter qəzaya uğrayıb.

“Qafqazinfo” “Express” nəşrinə istinadən xəbər verir ki, helikopterin çaya düşməsi nəticəsində Almaniya ordusunun iki üzvü ölüb, biri isə itkin düşüb. 

Almaniyanın müdafiə naziri Boris Pistorius məlumatı təsdiqləyib.

Bildirilir ki, helikopter təlim uçuşu zamanı Saksoniyada Mulde çayına düşüb.

Helikopter iyulun 29-da yerli vaxtla saat 10:30-da radarlardan itib. Təxminən bir saat sonra polisə helikopterin hissələrinin suda qalması barədə məlumat verilib.

Hadisə yerinə aidiyyəti qurumlar cəlb edilib.

Seçilən
41
1
qafqazinfo.az

2Mənbələr