Azərbaycan sərhədindən inzibati qaydada çıxarılmış şəxslər sənədlərində dəyişiklik edərək yenidən daxil olarsa, məsuliyyətə cəlb olunurlar.
Heftelik.az-ın məlumatına görə, bu, Miqrasiya Məcəlləsində əksini tapıb.
Pasport və digər sənədləri götürən, saxlayan və gizlədən şəxslər də qanun qarşısında cavab verirlər.
Bu tədbirlər miqrasiya prosesinin qanuniliyini təmin etmək məqsədi daşıyır.