AZ

“İstəyirik ki, “Qarabağ”la oyunda hər şey bizim xeyrimizə olsun”

"Şelburn" Çempionlar Liqası 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda "Qarabağ"ın qonağı olacaq.

Sportinfo.az xəbər verir ki, İrlandiya təmsilçisinin baş məşqçisi Coy O’Brayen matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib.

Mütəxəssisin fikirlərini diqqətinizə çatdırırıq:

"Sabahkı matça normal qaydada çıxacağıq. Komandamıza inanıram. Həm baş məşqçi, həm də futbolçular olaraq istəyimiz qələbə qazanmaqdır.

Oyundan zövq almağa çalışacağıq. İstəyirik ki, hər şey bizim xeyrimizə olsun.

Stadionda atmosferin yaxşı olacağını düşünürük. Bu, tam da bizim istədiyimiz ab-havadır".

"Qarabağ" - "Şelburn" qarşılaşması sabah saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. İ

rlandiyadakı ilk görüşdə Azərbaycan çempionu 3:0 hesablı qələbə qazanıb.

Seçilən
90
46
sportinfo.az

10Mənbələr