AZ

Asim Əlizadə “Səbail”də

Azərbaycanın U-21 millisinin və “Neftçi”nin keçmiş yarımmüdafiəçisi Asim Əlizadə bundan sonra “Səbail”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

“Dənizçilər” “Neftçi”nin yetirməsi olan Asimi heyətə qatıblar. 25 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Asim Əlizadə son olaraq “Baku Sportinq”də çıxış edib. O, karyerası ərzində “Dauqavpils” (Latviya), “Şamaxı” və “İrəvan” kimi klubların da formasını geyinib.

Yarımmüdafiəçi vaxtilə Azərbaycanın U-21 yığmasında 10 oyun keçirsə də, əsas millimizdə debüt şansı qazanmayıb.

Sonda onu da xatırladaq ki, “Səbail” 2025/2026-cı illər mövsümündə Azərbaycan Birinci Liqasında mübarizə aparacaq. “Dənizçilər” ötən mövsümün yekunlarına görə Premyer Liqanı tərk ediblər.

Seçilən
27
arena.az

1Mənbələr