Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahın keçmiş rəisi və "Xatəm əl-Ənbiya" Mərkəzi Komandanlığının sabiq rəhbəri general Əli Şadmani Tehranın küçələrində İsrailin "Mossad" agentləri ilə baş vermiş atışmada öldürülüb.
Oxu.Az bu barədə "Türkiye" qəzetinə istinadən xəbər verir.
Halbuki İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) onun iyunun 17-də 12 günlük müharibə zamanı İsrailin hava hücumları nəticəsində öldüyünü bəyan etmişdi.
Şadmaninin qızı verdiyi açıqlamada SEPAH-ın bəyanatını təkzib edib.
O, atasının Tehranda mühafizəçiləri ilə birlikdə qaçarkən "Mossad" agentləri tərəfindən mühasirəyə alındığını və baş vermiş atışmada öldürüldüyünü vurğulayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.