“Arsenal”ın yeni forvardı Viktor Qyokereş İngiltərəyə köçdükdən sonra keçirdiyi hissləri bölüşüb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, isveçli futbolçu sosial şəbəkə hesabında “Arsenal” forması ilə şəklinin altına “Nə qədər gözləsəz, bir o qədər dadlı olar” sözlərini yazıb.
İngiltərə klubu iyulun 26-da Qyokereşin “Sportinq”dən alındığını açıqlayıb. Tərəflər 2030-cu ilə kimi olan müqavilə imzalayıblar.
Forvardın alınması ingilislərə bonuslar da nəzərə alınmaqla 73,5 milyon avroya başa gəlib. Futbolçu yeni komandasında 14 nömrəli formanı seçib.
“Arsenal” üçün Premyer Liqanın yeni mövsümü avqustun 17-də başlayacaq. Komanda “Mançester Yunayted”lə səfər matçı keçirəcək.