BAKI, 30 iyul. TELEQRAF
Türkiyə polisi Rusiyanın Krasnoqorsk şəhərində “Crocus City Hall” konsert zalında 149 nəfərin ölümü ilə nəticələnən terror aktı ilə bağlı cinayət işi üzrə axtarışda olan şəxsləri Rusiyaya təhvil verə bilər.
Teleqraf xəbər verir ki, bu barədə zərərçəkmişlərin maraqlarını müdafiə edən vəkil İqor Trunovun TASS-a açıqlamasında axtarışda olan terrorçulardan birinin terror aktını törədən Məhəmmədsobir Faizovun qardaşı olduğunu deyib.
Bütün müttəhimlər "Crocus"a hücumdan sonra Rusiya Federasiyasını tərk edərək Türkiyəyə qaçıblar.
"Türkiyə hüquq-mühafizə orqanları terror aktı işi üzrə bütün təqsirləndirilən şəxsləri, o cümlədən terror aktının birbaşa icraçısı Məhəmmədsobir Faizovun qardaşını Rusiya Federasiyasına ekstradisiya edə bilər. Terror aktının birbaşa icraçılarının silahlanmasına cavabdeh Umedjon Soliyev axtarışa verilib" - məlumatda bildirilir.
Faizovun qardaşı İŞİD üzvüdür.
Konsert zalına hücum 2024-cü il martın 22-də axşam baş verib. “Piknik” qrupunun çıxışından əvvəl silahlı şəxslər zala daxil olaraq tamaşaçılara atəş açıblar. Hücum nəticəsində 149 nəfər ölüb, 1 nəfər itkin düşüb, 609 vətəndaş yaralanıb. Hücum nəticəsində dəyən ziyan təxminən 6 milyard rubl təşkil edib.