UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir.
Rekord.az xəbər verir ki, bu gün 5 görüş baş tutub.
“Kopenhagen”, Kiyev “Dinamo”su və “Srvena Zvezda” cavab görüşlərini də qalib bitirməklə mərhələ adlayıblar. Səfərdə 0:2 hesabı ilə uduzan “Kayrat” evdə bu məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb.
Mərhələnin qalan oyunları sabah keçiriləcək. İlk görüşdə İrlandiyanın “Şelburn” komandasına 3:0 hesabı ilə qalib gələn “Qarabağ” da cavab qarşılaşmasını sabah keçirəcək.
Çempionlar Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunları
29 iyul
Kayrat (Qazaxıstan) - KuPS (Finlandiya) 3:0
İlk oyun: 0:2
Drita (Kosovo) - Kopenhagen (Danimarka) 0:1
İlk oyun: 0:2
Dinamo (Kiyev, Ukrayna) - Hamrun (Malta) 3:0
İlk oyun: 3:0
Srvena Zvezda (Serbiya) - Linkoln (Cəbəllütariq) 5:1
İlk oyun: 1:0
Zrinski (Bosniya və Herseqovina) - Slovan (Bratislava, Slovakiya) 2:2
İlk oyun: 0:4