ABŞ Prezidenti Donald Tramp həyat yoldaşı Melaniyanın Rusiya lideri Vladimir Putinə rəğbət bəslədiyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, Ağ Ev rəhbəri bu haqda “New York Post”a müsahibəsində danışıb.
“Biz Putini tanıyırıq və Melaniyanın da ondan xoşu gəlir”.
Qeyd edək ki, bir müddət əvvəl “Hill” nəşri Trampın Melaniyanın təsiri altında Ukrayna mövzusunda Moskvanı hədələdiyini yazmışdı.
ABŞ lideri özü də həyat yoldaşı Melaniyanın Rusiya-Ukrayna münaqişəsində bitərəf mövqedə olduğunu bildirmişdi.