AZ

Tokayev: Bakı–Tbilisi–Ceyhan boru kəməri ilə Türkiyəyə hər il 1,4 milyon ton Qazaxıstan nefti nəql olunur

Astana, 30 iyul, AZƏRTAC

Bakı–Tbilisi–Ceyhan boru kəməri vasitəsilə Türkiyəyə hər il 1,4 milyon ton Qazaxıstan nefti nəql edilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ankarada KİV nümayəndələri üçün keçirdiyi brifinqdə bildirib.

"Biz tədarük həcminin artırılması məsələsini müzakirə etdik və "Turkiye Petroleum" şirkətinin Qazaxıstan bazarında fəaliyyət göstərmək niyyətini alqışlayırıq. Eyni zamanda, biz türk şirkətlərinin investisiya imkanlarından, enerji mənbələrinin şaxələndirilməsi və elektrik stansiyalarının tikintisi sahəsindəki təcrübəsindən istifadə etməkdə maraqlıyıq. İrimiqyaslı layihələrin birgə reallaşdırılmasına hazırıq", – deyə dövlət başçısı əlavə edib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
35
2
azertag.az

3Mənbələr