AZ

Qarşıdakı mövsümdə də “Real”da qalacaq - Braziliyalı hücumçu

Vinisius Junior bu yay “Real”ı tərk etməyəcək. Daha əvvəl onunla bağlı müqavilə danışıqlarının dalana dirəndiyi və Səudiyyə Ərəbistanı klublarının maraq göstərdiyi bildirilirdi.

Sportinfo.az “The Athletic”-ə istinadən xəbər verir ki, braziliyalı futbolçunun yaxın ətrafı bu xəbərləri təkzib edib.

Onlar bildiriblər ki, son vaxtlar Səudiyyə Ərəbistanından heç bir təklif daxil olmayıb və Vinisius ən azı qarşıdakı mövsüm üçün “Real”da qalacaq.

25 yaşlı vingerin Madrid klubu ilə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

Seçilən
20
sportinfo.az

1Mənbələr