AZ

Konfrans Liqasında 2-ci raundun 3 cütünün qalibi bəlli oldu

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2025/2026-cı illər mövsümünün 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə 3 cütdə qaliblər bəlli olub.

“Levadiya”, “Differdanj” və “Olimpiya” iki oyunun nəticəsinə əsasən rəqiblərini üstələyərək növbəti mərhələyə adlayıblar.

Mərhələnin qalan oyunları iyulun 31-də keçiriləcək. Azərbaycan təmsilçilərindən “Zirə”, “Sabah” və “Araz-Naxçıvan”ın da görüşləri həmin gün baş tutacaq.

Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları
29 iyul

İberiya (Gürcüstan) – Levadiya (Estoniya) 2:2
İlk oyun – 0:1

Differdanj (Lüksemburq) – TNS (Uels) 1:0
İlk oyun – 1:0

İnter Eskaldes (Andorra) – Olimpiya (Lyublyana, Sloveniya) 1:1
İlk oyun – 2:4

Seçilən
20
arena.az

1Mənbələr