BAKI, 30 iyul. TELEQRAF
İsrail Hərbi Hava Qüvvələri Suriyanın cənubunda yerləşən Əs-Suveyda əyalətinə zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə Suriyanın “Sham TV” telekanalı məlumat yayıb.
Kanalın məlumatına görə, İsrail aviasiyası əyalətin inzibati mərkəzi olan Əs-Suveyda şəhərinin, həmçinin Rima-Hazem yaşayış məntəqəsinin ətraflarını bombardman edib. Zərbələr Suriya keçid hökumətinin Müdafiə Nazirliyinə tabe olan qüvvələrin və ərəb tayfalarının silahlı dəstələrinin cəmləşdiyi yerlərə yönəlib. Hava hücumları nəticəsində insan tələfatı və ya maddi ziyan barədə məlumat verilməyib.