AZ

ABŞ Əl Qaidə lideri haqqında məlumata görə pul mükafatının məbləğini artırdı

ain.az bildirir, Oxu.az portalına istinadən.

ABŞ Dövlət Departamenti "Əl-Qaidə" terror qruplaşmasının Ərəbistan yarımadasındakı lideri Saad bin Atef əl-Avlaki haqqında məlumat verən şəxsə təyin edilən pul mükafatının məbləğinin əhəmiyyətli dərəcədə artırıldığını bəyan edib.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

Bildirilir ki, hazırda pul mükafatı 10 milyon dollar təşkil edir və bu, əvvəlki məbləğdən dörd milyon dollar çoxdur.

Saad bin Atef əl-Avlaki 2024-cü ilin əvvəlində qruplaşmaya Ərəbistan yarımadasında rəhbərlik etməyə başlayıb.

ABŞ-nin xüsusi xidmət orqanlarının məlumatına görə, o, dəfələrlə açıq şəkildə ABŞ və onun müttəfiqlərinə qarşı hücumlara çağırış edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
oxu.az

1Mənbələr