İsrail Hərbi Hava Qüvvələri Suriyanın cənubundakı Əs-Suveyda əyalətinə hücum edib..
Poliqon xəbər verir ki, bu barədə “Sham” telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, İsrail aviasiyası vilayətin inzibati mərkəzi olan Əs-Suveyda şəhəri yaxınlığında, həmçinin Rima-Hazem qəsəbəsi ərazisinə zərbələr endirib. Hədəflər Suriya Müdafiə Nazirliyinə tabe olan qüvvələr, həmçinin ərəb qəbilələrinin silahlı dəstələri olub.
İyulun 20-də Axios portalı Amerika rəsmilərinə istinadən yazıb ki, Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahunun Suriyadakı hava hücumlarından sonra hərəkətləri ilə bağlı qıcıqlanma artır. ABŞ Prezidenti Donald Trampın komandası hesab edir ki, baş nazir nəzarətdən çıxıb və onun siyasəti dağıdıcı xarakter alır. Dövlət başçısının regionda sabitlik yaratmaq səylərini nüfuzdan salmağa qadirdir, məqalədə qeyd olunur.
Poliqon.info