AZ

Burkina-Fasoda terrorçular onlarla hərbçini qətlə yetirib

Burkina-Fasonun şimalında hərbi hissəyə hücum zamanı silahlılar 50-yə yaxın hərbçini öldürüb.

Azreform.info ” xəbər verir ki, bu barədə “Associated Press” yerli ictimaiyyət nümayəndələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, terrorçular Bulsa departamentinin (Namentenqa əyaləti) Darqo kəndi yaxınlığındakı hərbi bazasını hədəf alıblar.

Hücum “Əl-Qaidə” təşkilatı ilə əlaqəsi olan “Camaat Nüsrətül-İslam vəl-Müslimin” qruplaşmasının 100-ə yaxın silahlısı tərəfindən həyata keçirilib. Onlar hərbi hissəni talan edərək yandırıblar.

Seçilən
51
7
azreform.info

10Mənbələr