BAKI, 30 iyul. TELEQRAF
Hindistanın Trivandrum şəhərində zoopark nəzarətçisi pələngin hücumuna məruz qalıb.
Teleqraf xəbər verir ki, nəticədə zooparkın işçisi başından xəsarət alıb.
Hadisə işçi pələngin qəfəsində suyu dəyişərkən baş verib. Bildirilir ki, dişi pələng, kişi su qabını dəyişmək üçün əyildikdə onu pəncəsi ilə vurub.
Xəsarət almış kişi xəstəxanaya aparılıb, orada ona ilk tibbi yardım göstərilib. Müayinədən sonra onu evə buraxıblar.