Burkina-Fasonun şimalında hərbi hissəyə hücum zamanı silahlılar 50-yə yaxın hərbçini öldürüb.
“Paralel.az ” xəbər verir ki, bu barədə “Associated Press” yerli ictimaiyyət nümayəndələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, terrorçular Bulsa departamentinin (Namentenqa əyaləti) Darqo kəndi yaxınlığındakı hərbi bazasını hədəf alıblar.
Hücum “Əl-Qaidə” təşkilatı ilə əlaqəsi olan “Camaat Nüsrətül-İslam vəl-Müslimin” qruplaşmasının 100-ə yaxın silahlısı tərəfindən həyata keçirilib. Onlar hərbi hissəni talan edərək yandırıblar.