Amerika Birləşmiş Ştatlarının Gizli Xidməti, ölkə prezidenti Donald Trampın Şotlandiyaya səfəri zamanı əməkdaşlarından birinin həyat yoldaşını xidməti təyyarələrdən birinə salmağa cəhd etməsi ilə bağlı araşdırmaya başlayıb.
Publika.az xəbər verir ki, bu barədə Britaniyanın “The Daily Mail” (DM) qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, agentin həyat yoldaşı Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələrinin VİP salonunda tapılıb. Qəzetin yazdığına görə, işçinin həyat yoldaşı daha əvvəl qarşıdan gələn səfərlə bağlı Gizli Xidmətin xüsusi brifinqində iştirak edib.
“The Herald” yazıb ki, agent arvadını Məxfi Xidmətin personal və avadanlıq daşımaq üçün istifadə etdiyi təyyarəyə mindirməyə cəhd edib. Nəşr dəqiqləşdirib ki, xüsusi xidmət əməkdaşının həyat yoldaşı ABŞ Hərbi Hava Qüvvələrinin hərbçisidir. Qəzet həmçinin bildirib ki, Endryus Hərbi Hava Qüvvələri bazasından qalxmazdan dərhal əvvəl qadının təyyarəyə minməsinə icazə verilməyib.