AZ

Fransa Qəzzaya havadan humanitar yardım atacaq

Fransa yaxın günlərdə Qəzzaya havadan humanitar yardım atmağa başlayacaq.

Bakues.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

“Hava desantları misli görünməmiş miqyasda humanitar böhranla üzləşən Qəzzanın mülki əhalisinin ən təcili ehtiyaclarını ödəmək üçün atılacaq. Əməliyyatlar zamanı Qəzza sakinlərinin təhlükəsizliyini təmin etmək üçün maksimum ehtiyat tədbirləri görüləcək”, – bəyanatda deyilir.

XİN-dən bildirilib ki, Fransa həmçinin quru yolu ilə humanitar yardımın çatdırılması üzərində işləyir, lakin bunun üçün İsrailin daha çox sərhəd keçidini açması tələb olunacaq ki, bu da keçmişdə rədd edilib.

“Quru yolu ilə humanitar yardımın çatdırılması bu gün əhalinin böyük ehtiyac duyduğu humanitar yüklərin kütləvi və maneəsiz çatdırılmasını təmin etmək üçün ən səmərəli həll yoludur”, – bəyanatda deyilir.

Nazirlik İsraili “bütün nəzarət-keçid məntəqələrini açmağa və Qəzza sektoruna quru yolu ilə humanitar yardımın dərhal, kütləvi və maneəsiz çatdırılmasını təmin etməyə” çağırıb.

Seçilən
10
1
icma.az

2Mənbələr