AZ

Tokayev Ukraynadakı münaqişənin həllində Ərdoğanın rolunu yüksək qiymətləndirdi

BAKI, 30 iyul. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynadakı münaqişənin həlli prosesindərolunu yüksək qiymətləndirib.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan dövlət başçısının sözlərini onun mətbuat xidməti məlumat yayıb.

“Kasım-Jomart Tokayev Rusiya-Ukrayna münaqişəsinin həllində Rəcəb Tayyib Ərdoğanın xüsusi rolunu qeyd edib”, - deyə departamentin açıqlamasında bildirilir.

Tokayev vurğulayıb ki, Qazaxıstan Respublikası bütün dövlətlərin ərazi bütövlüyünün qorunub saxlanılması zərurəti prinsipinə sadiqdir və Türkiyə ilə beynəlxalq arenada əməkdaşlığı davam etdirmək niyyətindədir.

Seçilən
33
1
teleqraf.com

2Mənbələr