İsrail Hərbi Hava Qüvvələri Suriyanın cənubunda yerləşən Əs-Süveyda vilayətini bombalayıb.
APA xəbər verir ki, bu barədə "Sham TV" telekanalı məlumat yayıb.
Məlumata görə, aviazərbələr vilayətin inzibati mərkəzi olan Əs-Süveyda şəhərinin ətraf ərazilərinə, həmçinin Rima-Hazem yaşayış məntəqəsinə endirilib.