Sasseks hersoqu Şahzadə Harrinin həyat yoldaşı Meqan Markl iş axtarır.
“Qafqazinfo” bu barədə “Radar Online” nəşri istinadən xəbər verir.
Məlumata görə, “Netflix” striminq xidməti onunla və əri Harri ilə 100 milyon dollarlıq müqaviləni ləğv etdikdən sonra Meqan çətin vəziyyətdə qalıb.
Sasseks hersoginyası populyarlığını itirməkdən qorxur və diqqət mərkəzində olmaq üçün çox şeyə razıdır.
Mənbənin sözlərinə görə, Meqan Vupi Qoldberq ilə “The View” verilişini aparmağa da hazırdır, lakin indi belə bir imkan yoxdur.
Eyni zamanda, başqa bir mənbə bildirib ki, Sasseks hersoqu və hersoginyası “Netflix”in qərarından məyus olublar.
Cütlük bu müqavilə sayəsində özlərinin 29 milyon dollarlıq malikanələrini və nəhəng işçi heyətini dəstəkləyə biləcəklərinə ümid edirdilər.