AZ

Tramp həyat yoldaşının Putinə münasibətindən danışdı

BAKI, 30 iyul. TELEQRAF

Putin üçün Ukrayna göz bəbəyi kimidir. O, müharibəni üç gün ərzində bitirməyi planlaşdırırdı, lakin genişmiqyaslı işğal artıq üç ildən çoxdur davam edir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Pod Force One” podkastına müsahibəsində bildirib.

ABŞ liderinin sözlərinə görə, bu dövr Putin üçün çox çətin keçib.

Birinci xanım Melaniya Trampın Rusiya liderinə necə münasibət bəslədiyi barədə sualı cavablandırarkən Tramp həyat yoldaşının ona rəğbətlə yanaşdığını deyib. Bununla belə, "əla" keçən danışıqlardan sonra Ukraynanın bombardman edilməsi xəbərindən şok olduqlarını sözlərinə əlavə edib:

"Biz çox gözəl danışırıq, sonra mən evə gedirəm, xəbərləri açıram və görürəm ki, Kiyev indicə bombardman edilib. Belə etmək olmaz. Mən deyirəm: "Bircə dəqiqə, mən indicə onunla danışırdım, indi isə birdən hər şey dəyişdi".

Tramp həmçinin müharibənin nə zaman bitəcəyini bilmədiyini etiraf edib. Onun fikrincə, bunun üçün uzun bir prosesi gözləmək lazımdır.

Seçilən
3
teleqraf.com

1Mənbələr