Bu gün UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
QOL.az xəbər verir ki, ilk oyun günündə 5 qarşılaşma keçirilib. Bununla da 3-cü mərhələyə adlayacaq 5 komanda müəyyənləşib.
"Kayrat", "Dinamo" (Kiyev), "Kopenhagen", "Srvena Zvezda" və "Slovan Bratislava" adlarını növbəti mərhələyə yazdırıblar.
Bu mərhələnin digər 10 cavab oyunu isə iyulun 30-na nəzərdə tutulub. Həmin gün Azərbaycan təmsilçisi "Qarabağ" da cavab matçına çıxacaq. Ağdam təmsilçisi ilk görüşdə İrlandiyada 3:0 hesabı ilə qalib gəldiyi "Şelburn"la Bakıda qarşılaşacaq.
29 iyul
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunları
19:00. "Kayrat" (Qazaxıstan) - "KuPS Kuopio" (Finlandiya) - 3:0
Qollar: Satpayev, 9, Jorjinyo, 29, Qromiko, 43
Qırmızı vərəqə: Zarya, 45 ("Kayrat")
İlk oyun: 0:2
22:00. "Drita" (Kosovo) - "Kopenhagen" (Danimarka) - 0:1
Qol: Kornelyus, 42
Qırmızı vərəqə: Balaj, 27 ("Drita")
İlk oyun: 0:2
22:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Hamrun" (Malta) - 3:0
Qollar: Vanat, 28, Brazko, 35, Mxavko, 82
İlk oyun: 3:0
23:00. "Srvena Zvezda" (Serbiya) - "Linkoln" (Cəbəllütariq) - 5:1
Qollar: Katay, 8, İvaniç, 16, Duart, 37, Milson, 44, Ndiaye, 75 - De Barr, 53
İlk oyun: 1:0
23:00. "Zrinski" (Bosniya və Herseqovina) - "Slovan Bratislava" (Slovakiya) - 2:2
Qollar: Bilbiya, 72-pen; Pranyiç, 76 - Streleç, 80, 87
İlk oyun: 0:4