AZ

İsrail Suriyanın cənubuna hücum etdi

İsrail Hərbi Hava Qüvvələri Suriyanın cənubundakı Əs-Suveyda əyalətinə hücum edib.

Publika.az xəbər verir ki, bu barədə "Şam" TV məlumat yayıb.

Bildirilib ki, İsrail aviasiyası vilayətin inzibati mərkəzi olan Əs-Suveyda şəhəri yaxınlığına, həmçinin Rima-Hazem qəsəbəsi ərazisinə zərbələr endirib.

Hədəflər Suriya Müdafiə Nazirliyinə tabe olan qüvvələr, eləcə də ərəb qəbilələrinin silahlı dəstələri olub.

Seçilən
11
2
publika.az

4Mənbələr